Vətən müharibəsindən bəhs edən "44" bədii filminin çəkilişləri bu gün uğurla başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edib.
O bildirib ki, filmin çəkilişləri 4 il ərzində həyata keçirilib:
“Qarşıdakı post-prodakşn mərhələsində bizi hələ ciddi və məsuliyyətli işlər gözləyir. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu”.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək