05 noyabr 2025 13:36
127

"Coca-Cola" Rusiyada "Coca-Cola" və "Sprite" ticarət nişanlarını qeydiyyatdan keçirib

Rospatent məlumat bazasına görə, Coca-Cola şirkəti Rusiyada "Coca-Cola" və "Sprite" ticarət nişanlarını qeydiyyata almaq üçün müraciət edib. Bu ticarət nişanları sonda 2035-ci ilə qədər qeydiyyata alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Sənədlərdə qeyd edildiyi kimi, şirkətin müraciətləri agentliyə 2025-ci ilin aprel ayında təqdim edilib və noyabr ayında müsbət qərar qəbul edilib.

Rospatent əvvəllər "Coco Chanel" ticarət nişanını qeydiyyata alıb.