05 noyabr 2025 11:37
101

Mirzoyan: Sülh Bakı və İrəvan arasında münasibətlərdən təzyiq aləti kimi istifadəyə imkan verməyəcək

Cənubi Qafqazda sülh üçüncü ölkələri Bakı və İrəvan arasında münasibətlərdən təzyiq aləti kimi istifadə imkanından məhrum edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün İrəvanda keçirilən "Orbeli Forumu 2025: sülh və çoxtərəfli əməkdaşlığın qurulması" adlı tədbirdə bildirib.

"Sülh üçüncü ölkələrə münaqişədən təzyiq rıçaqı kimi istifadə etməyə imkan verməyəcək", - nazir vurğulayıb.

O, həmçinin əlavə edib ki, qarşılıqlı fayda Ermənistan və Azərbaycan arasında sülh sazişinin uzunmüddətli icrasını təmin edəcək.