04 noyabr 2025 14:01
118

ABŞ-ın hava məkanı bağlana bilər

ABŞ hakimiyyəti davam edən şatdaunun yaratdığı təhlükəsizlik təhdidi səbəbindən hava məkanının tamamilə bağlanmasını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın nəqliyyat naziri Şon Daffi CNBC-yə verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, şatdaun Konqresin maliyyə ili üçün büdcə ilə bağlı razılığa gələ bilməməsindən sonra, 1 oktyabrda başlayıb. Prezident Donald Tramp bunda Demokratları günahlandırıb. Təxminən 1,4 milyon dövlət işçisi ya məzuniyyətə göndərilib, ya da maaşsız işləyir.