04 noyabr 2025 16:57
124

Avropa Komissiyasından Türkiyə ilə bağlı AÇIQLAMA

Avropa Komissiyası Türkiyənin Aİ üzvlüyü ilə bağlı çıxılmaz vəziyyətin yarandığını bildirib.

Avropa Komissiyası qeyd edib ki, müxalifətə qarşı artan sayda məhkəmə iddiaları və həbslər Türkiyənin demokratiyaya sadiqliyi ilə bağlı narahatlıqlar doğurur.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti Aİ-nin bəyanatına istinadla məlumat yayıb.

"Demokratik standartların, məhkəmə müstəqilliyinin və fundamental hüquqlara hörmətin pisləşməsi problemi hələ də həll olunmayıb. Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar 2018-ci ildən bəri dayanıb"- deyə, xəbərdə qeyd  olunub.