Bu ilin 10 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 16,2 % artaraq 82,5 milyard ABŞ dollarına çatıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, oktyabrın sonuna təkcə AMB-nin valyuta ehtiyatları 11,4 milyard ABŞ dolları təşkil edib: "Strateji valyuta ehtiyatları beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edir, 37 aylıq mal və xidmət idxalına kifayət edir".
Qusar rayonu üzrə 22 428 hektar əkin sahəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilib
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib