04 noyabr 2025 08:49
112

Çində oftalmoloqlar dünyada ilk dəfə 4200 km-dən çox məsafədə olan xəstəni əməliyyat ediblər

Çinli oftalmoloqlar cərrahi robotdan istifadə edərək, 4200 km uzaqlıqda yerləşən xəstəyə dünyada ilk dəfə subretinal inyeksiya əməliyyatını həyata keçiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Sun Yatsen Universiteti məlumat yayıb.

Quançjoudan olan həkimlər 5G rabitəsindən istifadə edərək robot qolu ilə Urumçidən olan xəstəyə kömək ediblər.

Sun Yatsen Universitetinin Çjunşan Oftalmologiya Mərkəzinin nümayəndəsi Lin Haotyan bildirib ki, əməliyyat Çində uzaqdan yüksək dəqiqlikli oftalmoloji cərrahiyyənin praktiki tətbiqi istiqamətində mühüm addımdır.

Urumçidə bir robot xəstənin gözünə mikro iynə yerləşdirib, Quançjoudakı mütəxəssislər isə uzaqdan idarəetmə vasitəsi ilə mikro iynəni istənilən dərinliyə aparıblar və dərmanları tətbiq ediblər. Bütün prosedur yeddi dəqiqədən az çəkib.