ABŞ-ın "Microsoft" korporasiyası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məlumatların emalı mərkəzlərinə, bulud hesablamalarına və əməkdaşlara 2029-cu ilədək 8 milyard dollar xərcləyəcək.
“İki sahil” "Bloomberg"ə istinadən xəbər verir ki, bunun sayəsində BƏƏ qlobal texnologiya mərkəzinə çevriləcək. Məlumata görə, şirkət 2023-cü ildən 2029-cu ilədək Körfəz ölkəsinə ümumilikdə 15.2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
"Microsoft"un prezidenti Bred Smitin sözlərinə görə, şirkət 2026-cı ilin əvvəlindən 2029-cu ilədək BƏƏ-də təkcə bulud infrastrukturu və süni intellekt infrastrukturunun inkişafına 5.5 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır.
                                
                                    
                                    
                                
                                
                                
                                    Ukrayna Silahlı Qüvvələrində təxminən 2000 Kolumbiyalı muzdlu döyüşür - Die Welt
                                
                                
                                    
                                    
                                
                                
                                
                                    Rusiya qoşunları Kupyanskda Ukrayna Silahlı Qüvvələrinin mühasirəsini gücləndirib