01 noyabr 2025 18:18
125

Ukrayna almaniyadan vəd edilmiş "Patriot" sistemlərini alacaq - YAXIN GÜNLƏRDƏ

Yaxın bir neçə gün ərzində Ukrayna Almaniyanın vəd etdiyi iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq.

İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın Ukraynaya Yardım Fondu X sosial media platformasında məlumat verib.

“Xatırlatma: 2025-ci ilin avqust ayının əvvəlində Bundesver ehtiyatlarından Ukraynaya əsasən Danimarka, Litva və Norveç tərəfindən maliyyələşdirilən iki MIM-104 "Patriot" atəş bölməsinin çatdırılması elan edilib və növbəti günlərdə başa çatdırılması planlaşdırılır!”, - deyə paylaşımda bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”