01 noyabr 2025 20:37
166

Vyetnamda daşqınlar 28 nəfərin ölümünə səbəb olub

Vyetnamın mərkəzində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 28-ə çatıb, altı nəfər isə itkin düşüb.

“İki sahil”in yerli mediaya istinadən verdiyi məlumata görə, daha 43 nəfər xəsarət alıb.

Daşqından ən çox təsirlənən əyalətlər Xatin, Kuandqay və Lam Dong olub.

Məlumata görə, fəlakət zamanı 133 mindən çox ev su altında qalıb, 22 mindən çox mal-qara və ev quşu tələf olub, 245 min abunəçi işıqsız qalıb.

Daha əvvəl doqquz nəfərin öldüyü, beş nəfərin isə itkin düşdüyü bildirilmişdi.