30 oktyabr 2025 16:33
100

Avropa İttifaqından Rusiya və ABŞ-a ÇAĞIRIŞ

Avropa İttifaqı ABŞ və Rusiyanı nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bu barədə Avropa Komissiyasının sözçüsü Ana Kaisa İtkonen Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun çağırışı ABŞ prezidenti Donald Trampın ABŞ-ın nüvə sınaqlarını bərpa edəcəyi barədə açıqlaması və Rusiyanın nüvə başlıqları daşıya bilən yeni silahları sınaqdan keçirməsi xəbərləri ilə bir vaxta təsadüf edir.