30 oktyabr 2025 17:32
135

Rusiyanın valyuta ehtiyatları bir həftə ərzində 11,2 MİLYARD DOLLAR AZALDI

Rusiyanın beynəlxalq valyuta ehtiyatları bir həftə ərzində 11,2 milyard dollar azalaraq 731,2 milyard dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, RT bu barədə Rusiya Bankına istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, 24 oktyabr 2025-ci il tarixinə beynəlxalq ehtiyatlar 731,2 milyard dollar təşkil edib.

Oktyabrın ortalarında Rusiya Bankının analitiklərinin 2025-ci il üçün əsas faiz dərəcələri proqnozlarını artırdıqları bildirilib.