Rusiya Suriyada hökumət dəyişikliyindən sonra altı aylıq fasilədən sonra Suriyanın Latakiya əyalətindəki Xmeymim aviabazasına hərbi uçuşları bərpa edib.
“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg uçuş izləmə veb saytı Flightradar24-ün məlumatlarına və Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki tip təyyarə -İl-62M və An-124-100 “Ruslan” - son günlərdə Suriyanın Latakiya şəhərində yerləşən Hmeymim aviabazasına uçuşlar həyata keçirib. İl-62M tipli nəqliyyat təyyarəsi 26 oktyabrda Liviyadan Latakiyaya uçub, daha sonra isə Moskva bölgəsinə qayıdıb. An-124-100 “Ruslan” 24 oktyabrdan bəri Latakiya hava limanına üç dəfə enib.