30 oktyabr 2025 14:01
125

Türkiyədə binanın çökməsi nəticəsində bir ailənin dörd üzvünün öldüyü məlum olub

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda çökən yeddimərtəbəli binada aparılan axtarış-xilasetmə işləri başa çatıb.

“İki sahil” xəbər verir ki, tikilinin dağıntıları altında qalan daha iki nəfərin cəsədləri də çıxarılıb.

Hadisə zamanı həlak olanların hamısı bir ailənin üzvləridirlər.

Beş nəfərdən ibarət ailənin yalnız bir üzvünü - qızı xilas etmək mümkün olub.

Xatırladaq ki, bina oktyabrın 28-i saat 7:30 radələrində çöküb

Hadisə ilə bağlı araşdırma başlayıb.