ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya hazırda Ukraynada qələbə qazanmağa əvvəlkindən daha qətiyyətlə çalışır.
“İki sahil” xəbər verir ki, bu barədə NBC ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ABŞ kəşfiyyatının son qiymətləndirməsi göstərir ki, Rusiya prezidenti Vladimir Putin döyüş meydanında qələbə qazanmaq üçün əvvəlkindən daha qətiyyətlidir.
Bundan əvvəl politoloq Con Mirşaymer Qərbin Rusiyanın hücumularına yalnız münaqişəni uzatmaqla cavab verə biləcəyi fikrini bildirmişdi.
Bloomberg xəbər verir ki, Kiyevin Qərb müttəfiqlərinin Ukraynada qələbə qazanmaq üçün heç bir planı yoxdur.