29 oktyabr 2025 11:11
124

Moskvadan 96 ​​miqrant deportasiya olunub

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayətində keçirilən reyddən sonra 96 ​​miqrantın deportasiya olunduğu açıqlanıb.

“İki sahil” xəbər verir ki, nazirliyin Telegram kanalında yayılan məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları reyd zamanı Koledino kəndində yerləşən anbar kompleksini yoxlayıblar.

Reyddən sonra Asiya, Latın Amerikası və Şimali Afrikadan olan 96 miqrant işçi inzibati məsuliyyətə cəlb edilib. Onların hər biri 5000 rubl məbləğində cərimə olunub, daha sonra isə ölkədən məcburi deportasiya ediliblər.

Qeyd olunur ki, polis hazırda xarici vətəndaşları qanunsuz işə qəbul edən işəgötürəni araşdırır.

Daha əvvəl Moskvada 3000-dən çox miqrantı qanunsuz olaraq leqallaşdıran kanal bağlanmışdı.