29 oktyabr 2025 10:44
119

Tramp Kim Çen Inla mümkün görüşdən danışıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüş üçün cədvəl razılaşdıra bilmədiyini bildirib.

“İki sahil” xəbər verir ki, o, bu açıqlamanı "CNN News18" YouTube kanalında yayımlanan Cənubi Koreya prezidenti Li Çje Myonqla görüş zamanı verib.

Tramp Kim Çen Inla görüş üçün cədvəl razılaşdıra bilmədiyini bildirib.

"Bu dəfə vaxt ayıra bilmədik", - deyə Tramp vurğulayıb.

Amerika lideri sammitdə iştirak etmək üçün Cənubi Koreyaya gedib. Cənubi Koreya prezidenti Li Çje Myonq Trampa ölkənin ən yüksək dövlət mükafatı olan Muqunqva ordenini təqdim edib.

Tramp Şimali Koreya ilə Cənubi Koreya arasındakı münaqişəni həll edəcəyinə söz verib.