29 oktyabr 2025 10:17
114

Türkiyədə altımərtəbəli bina uçub

İstanbuldan (Türkiyə) 60 km məsafədə yerləşən Gebzede altımərtəbəli bina uçub.

“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Bildirilir ki, binanın yaxınlığında metro xəttinin çəkilişi işləri aparılır.

"A-haber"in məlumatına görə, binanın dağıntıları altında altı nəfərə yaxın insan ola bilər.