28 oktyabr 2025 10:57
121

Azərbaycanda problemli kreditlərin məbləği 10 % artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528,1 milyon manat təşkil edib.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,5 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,6 %, son 1 ildə isə 10 % artıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət avqustun sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il sentyabrın sonuna isə 1,7 % olub.