Ukrayna dövlət başçısı Volodimir Zelenski Ukrayna üçün atəşkəs planının yaxın yeddi-on gün ərzində hazır olacağını açıqlayıb.
“İki sahil” xəbər verir ki, RBC-Ukrayna-nın verdiyi məlumata görə, Kiyev bu plan üzərində "könüllülər koalisiyası"nda iştirak edən ölkələrlə birgə işləyəcək.
Zelenski deyib: "Qərara gəldik ki, növbəti həftə və ya on gün ərzində bu barədə işləyəcəyik".