27 oktyabr 2025 15:43
103

ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfəri başlayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın Yaponiyaya üçgünlük səfəri başlayıb.

“İki sahil” xəbər verir ki, Prezident Tramp Asiya turu çərçivəsində oktyabrın 27-də Malayziyadan Tokioya gəlib. O, hava limanından helikopterlə iqamətgaha yola düşüb.

Oktyabrın 29-dək davam edəcək səfər çərçivəsində Prezident Donald Tramp Yaponiya İmperatoru Naruhito və Baş nazir Sanae Takaiçi ilə görüşəcək. Tərəflər Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi-ticari məsələləri, o cümlədən Yaponiyanın ABŞ iqtisadiyyatına 550 milyard dollar sərmayə yatırması planını müzakirə edəcəklər.

Qeyd edək ki, bu, Donald Trampın prezident kimi Yaponiyaya 2-ci səfəridir. O, bundan əvvəl birinci prezidentliyi dövründə 2019-cu ildə Yaponiyada olub. Prezident Trampın təhlükəsizliyinin təminatına 18 min polis işçisi cəlb edilib.