25 oktyabr 2025 19:55
143

Minik maşını ilə traktor toqquşub - Kürdəmirdə

Kürdəmirdə minik avtomobili traktorla toqquşub, ölənlər var.

“İki sahil” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan "VAZ 2107" markalı avtomobil traktora çırpılıb. Nəticədə, ilkin məlumata görə, iki nəfər həyatını itirib. Daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanı, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.