25 oktyabr 2025 19:38
130

Hərbi qulluqçularımız “Nüsrət-2025 Dəvət Təlimi”ndə iştirak edir

Türkiyənin ev sahibliyi ilə NATO və Türkiyədən hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif ölkələrdən gələn müşahidəçilərin iştirakı ilə “Nüsrət-2025 Dəvət Təlimi” keçirilir. 

İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.

Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, Cənubi Afrika Respublikası, İndoneziya, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Niderland, Oman, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur və Şri-Lankadan ümumilikdə 44 nəfər iştirak edir.