Beyləqanın Dünyamalılar kəndi ərazisində anomobillə vurulan 10 yaşlı uşaq komaya düşüb.
2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlu rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə vurub.
TƏBİB-dən "Report"a bildirilib ki, azyaşlı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanıb.
"Report"
Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır