2025-ci ilin yanvar-avqust ayları ərzində 58 nəfər sığınacaq almaq üçün Azərbaycana gəlib.
“İki sahil” "Report"a istinadla xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6% çoxdur.
Bundan əlavə, "Qaçqın Konvensiyasına" əsasən, "qaçqın" statusu alan 263 nəfər Azərbaycana gəlib. Bu isə əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 19.5% çoxdur.
Həmçinin heç bir vətəndaşlığı olmayan 536 nəfər Azərbaycana gəlib. Bu isə 2024-cü ilin 9 ayı ilə müqayisədə 38.7% azdır.