23 oktyabr 2025 08:43
118

Tramp: “Tomahawk” raketlərini ukraynalılara öyrətmək üçün uzun müddət lazımdır

Ukraynalılara “Tomahawk” raketlərindən istifadə etməyi öyrətmək çox uzun çəkəcək.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

O, Ukraynaya bu raketlərin verilməməsinin əsas səbəblərindən birinin məhz təlim prosesinin uzunmüddətli olmasında gördüyünü bildirib.

Trampın sözlərinə görə, ukraynalı hərbçilərə uzaqmənzilli raket sistemlərindən istifadəni öyrətmək üçün ən azı altı ay, bəzən isə bir ilə qədər vaxt tələb olunur.

ABŞ Prezidenti əlavə edib ki, bu müddət ərzində silahların effektiv istifadəsini təmin etmək çətin olacaq.