Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Avropa Ukraynanın sərhədlərinin “zorakılıqla dəyişdirilməsinə” icazə verməyəcək.
“İki sahil” xəbər verir ki, onun sözlərindən RND sitat gətirib.
"Biz sərhədlərin zorakılıqla dəyişdirilməsinə heç vaxt icazə verməyəcəyik" - deyə, o, qeyd edib.
Tsahkna Ukraynanın gələcəyini Avropa İttifaqı və NATO-da gördüyünü bildirib.
Daha əvvəl "Politico" xəbər vermişdi ki, Aİ Ukraynaya görə üzvlük qaydalarının dəyişdirilməsini müzakirə edir.