21 oktyabr 2025 17:19
129

Sarkozi ən azı üç həftə...

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin vəkili Kristof İnqre bildirib ki, o, ən azı üç həftə həbsdə qalacaq.

“İki sahil” xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

"O, ən azı üç həftə və ya bir ay orada olacaq", - deyə, vəkil qeyd edib.

Bundan əvvəl Fransanın sabiq prezidentinin Sante həbsxanasına gəldiyi bildirilirdi. Onun vəkili Kristof İnqreyn azadlığa buraxılması üçün petisiya elan edib.

Le Figaro Fransa prezidenti Emmanuel Makronun həbsdən əvvəl Sarkozi ilə gizli görüşdüyünü yazıb.