21 oktyabr 2025 16:39
93

Türkiyə ilə Küveyt arasında dörd anlaşma sənədi imzalanıb

Türkiyə ilə Küveyt arasında dörd anlaşma sənədi imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, sənədlər Küveytdə səfərdə olan Rəcəb Tayyib Ərdoğan və bu ölkənin əmiri Məşal əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə imzalanıb.

Məlumata görə, sənədlər Dəniz Nəqliyyatı Sazişi, Gəmiçi Sertifikatlarının qarşılıqlı tanınmasına dair Anlaşma Protokolu, Enerji sahəsində əməkdaşlığa dair Anlaşma Protokolu və Birbaşa investisiya təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Protokoludur.