Ermənistanda "Şoqakat" kilsə televiziya kanalı bağlana bilər, "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ictimai yayımçı statusuna malik olan televiziya kanallarının sayını üçdən ikiyə endirməyi təklif edirlər.
“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu həmkarı Sisak Qabrielyanla birlikdə "Audiovizual media haqqında" qanuna dəyişikliklər layihəsini hazırlayan deputat Tağui Kazaryan deyib.