21 oktyabr 2025 15:45
103

İrakli Kobaxidze: Aİ-nin Gürcüstana münasibətinin dəyişəcəyinə ümid edirik

Gürcüstan hökuməti Avropa İttifaqının (Aİ) ölkəyə münasibətinin dəyişəcəyinə ümid edir.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının qrant siyasəti ilə bağlı sualı cavablandırarkən bildirib.

O, Aİ-nin Gürcüstanla bağlı siyasətinə yenidən baxılacağını və qurumun son nəticədə gürcü xalqına qarşı düzgün siyasətlə razılaşacağını söyləyib.

Baş nazir vurğulayıb ki, bəzi qüvvələr Gürcüstanda sabitliyi pozmaq cəhdlərində birbaşa iştirak edirlər: "Biz görürük ki, müəyyən şəxslər və qüvvələr Gürcüstanda inqilab təşkil etməyə cəhd göstərirlər. Bu, Avropa İttifaqının obyektiv maraqlarına xidmət etməyən siyasətdir".

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan hökuməti ölkənin suverenliyini və milli maraqlarını qorumaqda qətiyyətlidir və tərəfdaşlarla münasibətlərdə qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanmaqda israrlıdır.