Almaniyanın “Bavariya” komandası baş məşqçisi Vensan Kompani ilə müqavilənin müddətini uzadıb.
“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni sözləşmə 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Belçikalı mütəxəssis ötən ilin may ayından Bundesliqa təmsilçisini çalışdırır.
Qeyd edək ki, “Bavariya” hazırda 21 xalla Almaniya çempionatında turnir cədvəlinə başçılıq edir.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər
Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar