Qadın və kişi voleybolçuların Yüksək Liqasında II turun oyunları keçiriləcək.
“İki sahil” xəbər verir ki, qadın voleybolçulardan ibarət komandalardan "Murov Az Terminal" "Gəncə"ni qəbul edəcək.
Qarşılaşma "Murov Az Terminal" klubunun idman zalında baş tutacaq.
Kişi voleybolçular arasında yarışda isə "Ordu" klubu "Xilasedici" ilə üz-üzə gələcək. Bu görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
Hər iki matç saat 16:00-da start götürəcək.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər
Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar