20 oktyabr 2025 14:09
99

Zelenski həmin qanun layihələrini Radaya təqdim edib

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 5-dən etibarən ölkədə hərbi vəziyyət və səfərbərliyin 90 gün müddətinə uzadılması haqqında qanun layihələrini Ali Radaya təqdim edib.

“İki sahil” Ukrayna KİV-inə istinadla xəbər verir ki, müvafiq sənədlər parlamentin saytında yerləşdirilib.

Bu rejimlər 2022-ci ilin fevralından bəri artıq 17-ci dəfədir ki, uzadılır.