Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pridə bütün rekordları qırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (IJF) sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan bu turnirdə bütün rekordları qırır! Kokauri Lukaş Krpalekə qalib gəldi və komandanın altıncı qızıl medalını qazandı", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Qran-pridə 6 qızıl, 3 bürünc mükafata sahib çıxıblar.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər
Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar