"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen 2025-ci il mövsümünün "Formula 1" üzrə dünya çempionatının 19-cu mərhələsinin - ABŞ Qran-prisinin qalibi olub.
“İki sahil” xəbər verir ki, yarışlar Texasın Ostin şəhərində keçirilib.
İkinci yeri "McLaren"i təmsil edən britaniyalı Lando Norris, üçüncü yeri isə Monako pilotu Şarl Lekler ("Ferrari") tutub.
Ferstappen mövsümdə beşinci qələbəsini qazanıb. Bu göstəriciyə görə o, Norris ilə bərabərləşib. "McLaren"in avstraliyalı pilotu Oskar Piastri isə yeddi dəfə qalib gəlib. Həmçinin 2025-ci ildə "Mercedes"i təmsil edən britaniyalı Corc Rassel iki dəfə yarışın qalibi olub.
Qeyd edək ki, növbəti mərhələ 24-26 oktyabr tarixlərində Meksikada keçiriləcək.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər
Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar