19 oktyabr 2025 22:17
119

WP: Fransadakı siyasi xaos Aİ-nin təhlükəsizlik sahəsindəki təşəbbüslərini poza bilər

Fransadakı siyasi xaos Avropa İttifaqının təhlükəsizlik sahəsi də daxilolmaqla, təşəbbüslərini pozmaq təhlükəsi yarada bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.

"Maliyyə problemləri Avropa iqtisadiyyatında ümumi tənəzzülə və ya vahid valyuta olan avronun təhlükə altına düşməsinə səbəb olmayacaq. Lakin bu problemlər Aİ-nin siyasi, iqtisadi və təhlükəsizliklə bağlı bir sıra təşəbbüsləri irəli aparmaq imkanlarını riskə ata bilər", – deyə materialda bildirilir.

Xüsusi təhlükə altında olan iki böyük Fransa-Almaniya hərbi layihəsi var: yeni nəsil döyüş tanklarının hazırlanması üzrə "Main Ground Combat System" təşəbbüsü və "Future Combat Air System" qırıcı proqramı.

Son zamanlar Fransa hökuməti bir neçə dəfə dağılaraq prezident Emmanuel Makronu 15 ay ərzində dörd baş nazir təyin etməyə məcbur edib. Sonuncu baş nazir Sebastyen Lekornyu bir aydan az müddətdə istefa verib, lakin dörd gün sonra yenidən təyin olunub.

"Fransadakı siyasi vəziyyət ümumavropa problemidir, çünki Fransa faktiki olaraq fəaliyyətsizdir. Heç kim uzunmüddətli layihələr üzərində effektiv işləyə bilmir", – deyə WP-yə Berlindəki "Hertie" idarəetmə universitetinin prezidenti Korneliya Voll bildirib.

Ekspertlərin fikrincə, alman siyasətçilər qeyri-stabil hesab olunan Fransaya əsaslanan təşəbbüsləri həyata keçirmək və maliyyələşdirməkdən çəkinirlər.