20 oktyabr 2025 02:22
115

Husilər BMT-nin 20 əməkdaşını saxlayıblar

Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən "Ənsar Allah" üsyançı hərəkatından olan husilər paytaxt Sənada BMT-nin 20 əməkdaşını, o cümlədən 15 xarici vətəndaşı saxlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a BMT-nin sözçüsü bildirib.

Onun sözlərinə görə, "Ənsar Allah"ın təhlükəsizlik qüvvələri BMT-nin Sənadakı iqamətgahına icazəsiz daxil olublar.

Son məlumata görə, 11 BMT işçisi sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Digərləri hələ də binanın daxilində həbsdədir.