Misli Premyer Liqasının 8-ci turunda "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, oyunun 19-cu dəqiqəsində Vasala Sambu hesabı açıb. 36-cı dəqiqədə isə Chance Simakala bərabərlik qolunun müəllifi olub. O, 47-ci dəqiqədə özünün və “Araz-Naxçıvan”ın ikinci qolunu vursa da 55-ci dəqiqədə Emin Mahmudov “Neftçi”nin bərabərlik qolunu vurub - 2-2.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
8-ci tur
19 oktyabr (bazar)
18:30. “Neftçi” 2–2 “Araz-Naxçıvan”
Qollar: Vasala Sambu, 19 (1-0), Chance Simakala, 36 (1-1), Chance Simakala 47 (1:2), Emin Mahmudov, 55 (2:2)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
“Palms Sports Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”