Azərbaycanın amputant yığması Millətlər Liqasında sona qədər vuruşdu.
“İki sahil” xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda üçüncü yeri tutan Azərbaycan yığması barədə danışıb:
"2023-cü ildə AFFA və ANAMA arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sözügedən anlaşma müəyyən məsələləri əhatə edirdi. Onlarda biri də amputant futbolun inkişafı ilə bağlı görüləcək işlər idi. Bu günədək amputant futboluna müəyyən dəstəklər olub. Bu növ ilkin inkişaf addımlarına başlamışdı. Komandamız bir neçə beynəlxalq yarışda iştirak edib. Amputant futbolu üzrə ilk dəfə ölkəmizdə Millətlər Liqası təşkil olundu. Bizim komandamızı da beynəlxalq arenada tanımağa başladılar. Bakıdakı ilk belə yarışda üçüncü yeri tutduq. Daha böyük nəticə gözləyirdik, amma millimiz sonadək vuruşdu".
Qeyd edək ki, Azərbaycan seçməsi Millətlər Liqasında keçirdiyi son oyununda Ukraynaya 1:3 hesabı ilə uduzaraq qrupu üçüncü pillədə başa vurub.