Misli Premyer Liqasının 8-ci turunda "Sabah" "Zirə"ni qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 42-ci dəqiqəsində Aron Maluda hesabı açıb. 45+2-ci dəqiqədə isə Velko Simiç “Sabah”ın üstünlüyünü iki topa yüksəldib. O, 75-ci dəqiqədə yenidən fərqlənərək hesabı 3-0 edib.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
8-ci tur
19 oktyabr (bazar)
16:00. “Sabah” 3–0 “Zirə”
Qollar: Aron Maluda, 42 (1-0), Velko Simiç, 45+2 (2-0), Velko Simiç 75 (3-0)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Bank Respublika Arena”,
Məhərrəm Ağalaroğlu, “İki sahil”