19 oktyabr 2025 16:12
117

Noyer Mülleri geridə qoyub rekordçu oldu

"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya Bundesliqasında yeni rekordçu olub.

“İki sahil” xəbər verir ki, onun rekordu 7-ci turda Dortmund "Borussiya"sına 2:1 hesabı ilə qalib gəldikləri görüşdə qeydə alınıb.

Bu, Noyerin Bundesliqa karyerasında 363-cü qələbəsi olub.

Noyer keçmiş komanda yoldaşı Tomas Mülleri (362) geridə qoyaraq bütün zamanların Bundesliqa rekordunu qırıb.

Bu rekordu imza atmaq üçün 39 yaşlı Noyer 530 matça çıxıb. Qapıçı 2011/2012 mövsümündən "Bavariya"nın şərəfini qoruyur. Komanda ilə o, 12 Bundesliqa çempionu, beş Almaniya Kuboku və iki Çempionlar Liqasının qalibi olub.