18 oktyabr 2025 21:09
111

Finlandiya hökuməti işsizliyin artmasına baxmayaraq, parlamentin etimadını qoruyub saxladı

Milli Koalisiya Partiyasının (Kansallinen Kokoomus, NCP) rəhbərlik etdiyi Finlandiyanın sağ mərkəzçi hökuməti rekord həddə çatan işsizliklə bağlı müxalifətin başlatdığı etimadsızlıq səsverməsinə davam gətirərək parlamentin etimadını qoruyub saxladı.

“İki sahil” xəbər verir ki, səsvermənin nəticələrinə görə, hökumətin lehinə 92, əleyhinə 71 səs verilib, 36 deputat isə iştirak etməyib.

Sorğu “Finlandiya Mərkəzi” Partiyası (Suomen Keskusta) və “İndi Hərəkatı” (Liike Nyt) tərəfindən təqdim edilib, onlar kabineti sentyabr ayında 2009-cu ildən ən yüksək göstərici – 10 faizi keçən işsizliyin artmasının öhdəsindən gələ bilməməkdə günahlandırıb.

Müxalifət iddia edir ki, hakimiyyət əmək bazarında vəziyyətin pisləşməsinin nəticələrini dərk etmir və onu sabitləşdirmək üçün təsirli tədbirlər görmür.

Hökumət də öz növbəsində iqtisadi çətinliklərin müvəqqəti xarakter daşıdığını, məşğulluğun stimullaşdırılması və dəstəklənməsi üçün addımların atıldığını bildirərək izahatlar verib.

Tənqidlərə baxmayaraq, parlament çoxluğu artan iqtisadi təzyiq fonunda siyasi sabitliyi təmin edərək hazırkı kabinetə etimadı bir daha təsdiqləyib.