18 oktyabr 2025 20:04
129

MPL: “Sumqayıt” “Karvan-Yevlax”a 4 qol vurdu

Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt” “Karvan-Yevlax”ı qəbul edib.

İki sahil”in məlumatına görə, oyunun 12-ci dəqiqəsində Ronaldo Vaskez hesabı açıb. 43-cü dəqiqədə Coy Sleyd Mikels bərabərlik qolunu vursa da 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom“Sumqayıt”ı yenidən hesabda ödə çıxarıb. 59-cu dəqiqədə isə Aleksa Yankoviç meydan sahiblərinin üstünlüyünü iki topa yüksəldib – 3-1. 65-ci dəqiqədə A.Ramalinqom növbəti dəfə penaltini dəqiq yerinə yetirərək özünün ikinci, komandasının dördüncü qolunun müəllifi olub.

Yarış “Sumqayıt”ın 4-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

Misli Premyer Liqası,

8-ci tur

18 oktyabr (şənbə)

18:00. “Sumqayıt” 4-1 “Karvan-Yevlax”

Qollar: Ronaldo Vaskez, 12 (1-0), Coy Sleyd Mikels 43 (1-1), Aleksandr Ramalinqom 54 pen. (2-1), Aleksa Yankoviç 59 (3-1), Aleksandr Ramalinqom 65 pen. (4-1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev

VAR: Əli Əliyev

AVAR: Əliyar Ağayev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”