Türkiyə olaraq "iki dövlət, bir millət" şüarı ilə Can Azərbaycanın yanında olmaqdan qürur duyuruq.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhənəddin Duran 18 Oktyabr - Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə "X"dəki hesabında yazıb.
"18 oktyabr qardaş və dost ölkəmiz Azərbaycanın Müstəqillik Gününü ürəkdən təbrik edir, Azərbaycan xalqına firavan gələcək arzulayıram. Türkiyə olaraq "iki dövlət, bir millət" şüarı ilə Can Azərbaycanın yanında olmaqdan qürur duyuruq. Tarix boyu olduğu kimi bu gün də taleyimiz, sevincimiz, hədəfimiz birdir", - o qeyd edib.