18 oktyabr 2025 08:35
130

ABŞ-ın Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var

Kolumbiyanın paytaxtı Boqotada etirazçılar ABŞ səfirliyinə hücum edərək dörd polis əməkdaşını yaralayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə şəhər meri Karlos Fernando Qalan "X" sosial şəbəkəsində paylaşım edib.

"Mən polisə ABŞ səfirliyi yaxınlığında, bəziləri kapüşonlu olan cinayətkarların yanğın törədən cihazlar, partlayıcı maddələr və oxlardan istifadə edərək səfirliyə hücum etdiyi vəziyyətə müdaxilə etməyi tapşırdım. Dörd polis əməkdaşının üz, ayaq və qol nahiyələrindən yaralanıb", - deyə şəhər rəhbəri yazıb.

Ölkə prezidenti Qustavo Petro Amerika diplomatik missiyasına maksimum mühafizənin təmin edilməsi üçün göstəriş verdiyini qeyd edib.

"Mən söz verdiyim kimi, səfirlik mühafizə olundu. Kolumbiya beynəlxalq müqavilələrə əməl edir", - ölkə liderinin bəyanatında deyilir.