16 oktyabr 2025 18:18
140

PSJ futbolçusu ilə müqavilənin müddətini uzadacaq

Fransa klubu PSJ müdafiəçisi Villian Paço ilə müqavilənin müddətini uzadacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

24 yaşlı ekvadorlu futbolçu 2024-cü ildən PSJ-də çıxış edir. Onun klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. Vilian Paço cari mövsüm parislilərin heyətində 12 oyuna çıxıb.