Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə bu gün start veriləcək.
“İki sahil” xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Saat 15:00-da "Neftçi" "Ordu" ilə, 17:00-da isə "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
Qeyd edək ki, turun "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və tarix barədə məlumat veriləcək.