Əli Kərimlinin Forumda paylaşılan videosuna diqqət etdikdə görürsən ki, özünü siyasətçi adlandıran bu şəxs ölkənin haqq işinə bircə kəlmə ilə toxunmayıb. Toxuna bilməz axı! Çünki sifariş yerinə yetirir. Öncədən hazırlanan videonun süni intellekt məhsulu olduğu da dərhal aydın olur. Çünki adam ingiliscə düzgün 3 cümləni ard-arda deyə bilmir. Əgər belə idisə, onlayn qoşulardı. İstəsə qoşulardı. İnternet blokadası Əli Kərimli üçün əldə bəhanədir. Necə ki, atalar məsəlində deyilir e, babamı öldürmüşəm qəbrinə and içməyə, bax, eynən! Deepfake məhslulu olan videonu Əli Kərimli öz facebook hesabında paylamağa maraqlı deyil. Bilir ki, üstü açılacaq. Bunun əvəzində fotolarla “işləyir”. Fotolara da əl gəzdirib. Paylaşdığı statusunda istifadə etdiyi şəkilləri fotoşopdan keçirib ki, cəbhə trollarını coşdursun, digər istifadəçiləri isə aldatsın. Uğursuz siyasətçi Əli Kərimlinin siyasəti məhz bundan ibarətdir: hiylə, kəlk, manipulyasiya!
Əli Kərimli statusunda elə təqdim edib ki, guya Çexiya prezidenti Petr Pavel və Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvil də həmin tədbirdə, yənin onun videosu oxudulan zaman zalda olublar. Lakin bunun yalan olduğunu digər müxalifət partiyası olan REAL-ın sədri Natiq Cəfərli ifşa edib. Natiq Cəfərli Əli Kərimlinin videosu oxudulan zaman zalda olduğunu vurğulayıb və bildirdib ki, Əli Kərimlinin paylaşımları fotoşop və manipulyasiyadır.
Əli Kərimlinin Praqaya göndərdiyi videoyazıdakı böhtan xarakterli şikayət, bir də sonradan fotoşopla 3 qadından sonra öz şəklini fondakı stendin üzərinə düz-qoş eləməsi haradasa onun əməllərini görüntü olaraq tamamlayır. Nədənsə bu görüntü məşhur tele-tamaşadakı “3 badam, bir qoz” səhnəsini xatırladır. Əli Kərimlidir da, deepfake tamaşalar çıxarmaqla tamaşaçıları özünə güldürür. Nə isə, Əli Kərimlinin Praqa sərgüzəştlərinə də bir qoz!
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının İdeoloji işlər üzrə məsləhətçisi