14 oktyabr 2025 10:54
118

ABŞ Ukraynaya 50-dək “Tomaqavk” raketi verə bilər

ABŞ Ukraynaya yalnız 50-yə qədər “Tomaqavk” raketi verə bilər.

“İki sahil” xəbər verir ki, “The Financial Times” CNAS analitik mərkəzinin müdafiə proqramının direktoru Steysi Pettyjohna istinadla belə bir məlumat yayıb.

“Vaşinqton Ukraynaya 20-dən 50-dək “Tomaqavk” raketi ayıra bilər ki, bu da müharibənin dinamikasına həlledici təsir göstərməyəcək”, - məqalədə deyilir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həll olunmayacağı təqdirdə “Tomaqavk” raketlərinin Kiyevə ötürülməsinin mümkünlüyünü təklif etmişdi.

Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun “Tomaqavk” raketlərindən istifadəsinin Rusiya ilə ABŞ arasında münasibətlərə xələl gətirəcəyini qeyd edib.